Noyabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında UNESCO-nun nəzdindəki Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirildi.
   
   Konfransı Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar artist Mübariz Həmidov açaraq, ölkəmizdə fəaliyyət göstərən teatrlar haqqında ətraflı məlumat verdi, rəhbərlik etdiyi teatrın bu günlərdə ASSİTEJ-ə üzv qəbul olunduğunu bildirdi.
   Qeyd olundu ki, ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilmiş qurultayında Gənc Tamaşaçılar Teatrı böyük səs çoxluğu ilə quruma üzv qəbul olunub. Qurultayda Gənc Tamaşaçılar Teatrı bu təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub.
   Mübariz Həmidov ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransında təşkilatın prezidenti İvetta Hardinin də iştirak etdiyini nəzərə çatdırdı. Direkrtor ümidvar olduğunu bildirdi ki, Milli Mərkəzin fəaliyyəti uğurlu olacaq.
   Azərbaycanın zəngin mədəniyyətə malik ölkə olduğunu deyən ASSİTEJ-in prezidenti İvetta Hardi Gənc Tamaşaçılar Teatrını qurumun sıralarına qoşulması münasibətilə təbrik etdi. O, təşkilatın uşaqlar və yeniyetmələrin mədəni tərbiyəsində rolundan danışdı: «Dünyada ASSİTEJ-in 85 üzvü var. Bütün uşaqların mədəniyyətə, yüksək sənətə sevgi ruhunda böyüməsini istəyirik. İnanırıq ki, hər bir uşaq gözəl teatr sənətinə qovuşarsa, onun gələcəyi də gözəl olar. Teatr özündə başqa sənətləri də birləşdirən bir sahədir. Dünyanın texnologiyalara cəlb olunduğu bir vaxtda isə, teatra əslində daha böyük tələbat olmalıdır. Çünki teatr insanların bir-birini görmələrinə və bir-birilərini anlamağa imkan yaradır. Hazırda bəzi ölkələrin uşaqlarının teatra qovuşması məhduddursa, bəzilərində isə bu əksinədir».
   İvetta Hardi onu da bildirdi ki, ASSİTEJ üzv ölkələrin bir-birinin teatr təcrübəsini öyrənməsi üçün unikal imkan yaradır. Azərbaycanın da bu təşkilata üzvlüyü əməkdaşlığa yeni zəmin olacaq: “Azərbaycan dünya teatr mexanizmini öyrənməyə çalışır. Sənət adamları daima insanlara xidmət etməyə çalışırlar. Biz də Azərbaycan uşaqları üçün gözəl teatr yaratmağa çalışacağıq».
   Tədbirdə daha sonra professor Rasim Nəbiyev, uşaq yazıçısı Arzu Soltan, teatrşünas Aydın Talıbzadə və başqaları da çıxış edərək, Azərbaycan teatrının ASSİTEJ-ə üzv olması, bu təşkilatın ölkəmizlə əlaqələrinin yaranmasını əlamətdar hadisə kimi qiymətləndirdilər.
   
   Gülər 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar