Noyabrın 8-də Muzey Mərkəzində I Bakı Beynəlxalq Kukla Biennalesi çərçivəsində “Kuklaların ikinci nəfəsi” adlı konfrans keçirildi. 
   Tədbiri açan Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Azərbaycanda kukla sənətinin inkişafı istiqamətində bir sıra addımların atıldığını, üç dəfə kuklaların sərgisinin keçirildiyini dedi. Ölkəmizdə müəllif kuklaları sənətinin də inkişaf etdiyini, bu illər ərzində bir neçə kukla sərgisinin keçirildiyini vurğuladı. Ənənəvi kuklaların ta qədimdən azərbaycanlı xanımların məşğuliyyəti olduğunu və uzun müddət həmin kuklaların interyerin bəzəyi olduğunu qeyd etdi. Bu gün isə bu sənət özünə layiqli yer tutmaqdadır. Azərbaycanın peşəkar müəllif kukla sənəti ustaları bir sıra beynəlxalq festivallarda uğurlu çıxış edirlər. Bakıda ilk dəfə keçirilən I Beynəlxalq Kukla Biennalesinə çoxsaylı tamaşaçı marağı da tədbirin əhəmiyyətini göstərir.
   Moskvadakı “Vaxtanov” kukla qalereyasının direktoru İrina Mızina, “Dünya kuklaları” Fondunun icraçı direktoru Olqa Laxina, Sankt-Peterburq kukla məktəbindən Olqa Qerr, Latviyadan Riqa Kukla Muzeyinin direktoru İnara Liepa, İtaliya və digər ölkələrdən bu sahə üzrə mütəxəssislər müxtəlif bədii üslublu və fərdi estetikaya malik kukla kolleksiyalarının videoçarxını təqdim etdilər.
   Konfransda “Müəllif kuklalarının tarixi”, “Portret kuklalar”, “Müasir müəllif kuklaları” və s. mövzuda çıxışlar oldu. Çıxış edənlər ayrı-ayrı kukla məktəbləri, antikvar, parça, çini kuklaların yaranması haqqında məlumat verdilər. Alman, fransız, amerikan kuklaları, qədim yapon, Meksika, monqol, yunan, slavyan mədəniyyətindən xəbər verən ilk kuklalardan danışdılar.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar