Ölkəmiz Alanyada beynəlxalq simpoziumda təmsil olunub
   
   Türkiyənin Alanya şəhərində “İpək böcəkçiliyi və ipək toxumalar” adlı beynəlxalq simpozium keçirilib. Müxtəlif ölkələrdən 70-dək elm adamının iştirak etdiyi tədbirə ipəkçilik sənətinin keçmişi, bu günü, perspektivləri, onun daha da inkişafı üçün atılacaq addımlar geniş müzakirə olunub.
   
   Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan, İran İslam Respublikasından alimlərin iştirak etdiyi simpoziumda ölkəmizi Milli İncəsənət Muzeyinin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova təmsil edib. Azərbaycan təmsilçisinin çıxışı ipəkçilik sənətinə və onun inkişafı tarixinə həsr olunub. Məruzədə qeyd olunub ki, Böyük İpək Yolu xəttinin Azərbaycandan keçməsi ölkədə əsrlər boyu ipəkçiliyin genişlənməsinə, baramaçılığın inkişafına səbəb olub. Hələ VII əsrdən başlayaraq Azərbaycanda tut bağları genişləndirilib, insanlar baramaçılıqla təsərrüfatın gəlirli sahəsi kimi məşğul olublar. Alban tarixçisi Musa Kalankatlının, digər tarixçi, salnaməçi və səyyahların Azərbaycan ipəyi haqqında yazdıqları məlumatlardan aydın olur ki, müxtəlif dövrlərdə ölkəmizdən İtaliya və Fransaya xam ipək daşınmış, Dəməşqdə bu ipəkdən toxunan ipək parçaların dünya bazarında satışı təşkil olunmuş, tarixin müəyyən dövrlərində Rusiya sənayesi Azərbaycan ipəyindən geniş şəkildə faydalanmışdır.
   Məruzədə Şəki, Basqal, Gəncə, Ordubad, Şuşa, Şamaxı, Bakı, Dərbənd, Ərdəbil, Təbriz şəhərlərində toxunan ipək parçalar və bu gün Milli Azərbaycan İncəsənəti Muzeyində qorunan ipəkdən toxunmuş - darayi, qanovuz, tafta, xara, atlaz kimi parçalardan tikilən bəzək əşyaları, geyimlərdən, corab, mütəkkə, kəlağayı, Təbrizin ipək “Ağaclı” xalçasından söhbət açılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar