Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikası: uğurlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Tarix Qurumu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə mövzuya dair məruzələr dinlənilmiş, müzakirələr aparılıb.
   İnstitutun şöbə müdiri, professor Tofiq Mustafazadə ölkə prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini bildirib.
   Konfransda AMEA Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramovun “Azərbaycan Respublikasının enerji siyasəti (1992-2011)” mövzusunda məruzəsi dinlənilib. Türkiyə, Rusiya, Gürcüstan, İran və Yaponiyadan mütəxəssislərin də iştirak etdiyi tədbirdə “Müstəqillik illərində Azərbaycan tarixinin öyrənilməsi vəziyyətinə dair”, “Azərbaycanda türk təhsil müəssisələri”, “Azərbaycan və Gürcüstanın müstəqilliyi ətrafında geotarix və geosiyasət”, “1918-1920-ci illərdə Azərbaycanın demokratiya təcrübəsi” mövzularında məruzələr dinlənilib.
   Sonra konfransın bölmə iclasları keçirilib. “Müstəqilliyə aparan yol” və “Azərbaycan müstəqillik illərində (uğurlarımız və çətinliklər)” bölmələrində “XIX əsrdə Volqaboyu türk xalqlarının iqtisadi həyatı”, “Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələrinin tarixşünaslığına dair”, “XX əsrin əvvəllərində Bakı neft sənayesinin tarixi Azərbaycan Respublikası tarixçilərinin əsərlərində”, “Azərbaycanın Dövlət müstəqilliyinin bərpası və Azərbaycan diasporu”, “Azərbaycanın xarici siyasət tarixi müstəqillik illərində” və digər mövzularda ümumilikdə 53 məruzə dinlənilərək müzakirə olunub.
   Konfransın materialları toplu şəklində çap ediləcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar