Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çexiya, Macarıstan və Həbəşistan səfirləri ilə görüşüb
   
   Çexiya ilə əməkdaşlıq sazişlərinin imzalanması gözlənilir
   
   Dekabrın 2-də Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula ilə görüşüb. Görüşdə Azərbaycanla Çexiya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və s. mövzular müzakirə olunub. Nazir Əbülfəs Qarayev bu yaxınlarda Praqada Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının birinci iclasının keçirildiyini və iclasda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin iştirakını xatırladıb.
   Səfir R.Matula nazir Ə.Qarayevi Çexiyaya səfərə dəvət edib. Səfər çərçivəsində Azərbaycan ilə Çexiya arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanması təklif olunub.
   Nazir turizm sahəsində əməkdaşlıqdan əlavə, Çexiya ilə Azərbaycanın müvafiq qurumları arasında mədəniyyət sahəsində də ikitərəfli sazişin imzalanması təklifi ilə çıxış edib. Ə.Qarayev həmçinin Çexiyada fəaliyyət göstərən turizm şirkətlərini hər ilin aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştiraka dəvət edib.
   
   Ölkəmiz Beynəlxalq Dunay Karnavalına dəvət edilib
   
   Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
   Səfir J.Çutora Azərbaycanı “Eurovision-2011” müsabiqəsində parlaq qələbə münasibətilə təbrik edərək bu uğurun ölkəmizin turizm potensialının təşviq olunması baxımından böyük nailiyyət olmasını xüsusilə vurğulayıb. Səfir həmçinin Azərbaycan nümayəndə heyətini 2012-ci ilin iyununda Budapeştdə keçiriləcək XVII Beynəlxalq Dunay Karnavalında iştiraka dəvət edib.
   Nazir dəvətə görə minnətdarlığını bildirib. O, iki ölkə arasında turist axınının sayını artırmaq üçün Azərbaycan-Çexiya-Macarıstan marşrutunun açılması məsələsinə baxılmasını təklif edib. Görüşdə regional və beynəlxalq əhəmiyyət kəsb edən layihə və proqramlar müzakirə edilib.
   
   Həbəşistanın turizm sahəsinə investisiya imkanları müzakirə olunub
   
   Dekabrın 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Həbəşistanın Azərbaycanda yeni akkreditə olunmuş səfiri Mulatu Teşomenlə də görüşüb. Görüş zamanı turizm sahəsində əməkdaşlığın perspektivləri və Həbəşistanın turizm sahəsinə investisiya qoyulmasının mümkünlüyü müzakirə olunub. Həbəşistan səfiri ölkəsinin turizm potensialı haqqında nazirə məlumat verərək bildirib ki, hazırda Həbəşistanda dövlət tabeçiliyində olan hotellərin özəlləşdirilməsi prosesi həyata keçirilir.
   Öz növbəsində Əbülfəs Qarayev Həbəşistanın mədəniyyət və turizm nazirini 2013-cü ilin aprelində Bakıda təşkil olunacaq Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar