Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirilib
   
   Dekabrın 5-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyeva tədbirdə iştirak edib.
   
   Universitetin Asiya və Afrika Ölkələrini Öyrənən İnstitutun dəyirmi zalında keçirilən tədbirdə əvvəlcə Rusiyadan olan tələbələr Azərbaycan dilində tanınmış şairlərimizin şeirlərini söyləyiblər.
   Sonra ali təhsil müəssisəsinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından səhnələr göstəriblər. Moskvanın “Dərviş Teatrı”nın bədii rəhbəri və baş rejissoru, Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayevin hazırladığı səhnələr böyük maraqla qarşılanıb.
   Mərasimdə çıxış edən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı tələbələrin “Arşın mal alan” musiqili komediyasından səhnələri Azərbaycan dilində ifa etmələrini əlamətdar hadisə olduğunu bildirib. Səfir bu nüfuzlu ali təhsil ocağında Azərbaycan mədəniyyətinin tərənnümünü müstəqilliyimizin 20 illiyinə böyük hədiyyə kimi qiymətləndirib.
   Universitetin Qafqaz ölkələri kafedrasının müdiri Jbekla Sızdıkova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tədbirdə iştirakını xüsusi vurğulayaraq tədbirin əhəmiyyətini qeyd edib.
   Tədbirdən sonra Leyla xanım Əliyeva Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələrini Öyrənən İnstitutunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Azərbaycan dili və ədəbiyyatı mərkəzi ilə tanış olub. Mərkəzdə Azərbaycan dili, mədəniyyəti və incəsənətini təbliğ edən müxtəlif dərsliklər və digər vəsaitlər var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar