İstiqlal Muzeyində tarixi hadisəyə həsr olunmuş tədbir   

    Dekabrın 7-də Azərbaycan İstiqlal Muzeyində “İlk hərbi andımız” adlı tədbir-sərgi keçirildi. 1991-ci il dekabrın 8-də yenicə təşkil olunmuş milli ordumuzun əsgərləri üçün ilk hərbi andiçmə mərasimi Şəhidlər xiyabanında keçirilib. Təşkil olunmuş tədbir həmin andiçmə mərasiminin 20-ci ildönümünə həsr olunmuşdu. Mərasimdə Prezident qvardiyasının və Daxili Qoşunların əsgərləri iştirak edirdilər.
   Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünün həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində yüksək səviyyədə qeyd olunmasından söz açdı. Qeyd olundu ki, müstəqillik tariximiz həm də milli ordumuzun təşəkkülü, hərb tariximizdir. Mərasimdə milli ordumuzun əsgərlərinin Şəhidlər xiyabanında təşkil edilmiş ilk hərbi andiçmə mərasimini əks etdirən videomaterial nümayiş olundu. Polkovnik-leytenant Seyidağa Mövsümlü, general Zaur Rzayevin həyat yoldaşı Dilşad Rzayeva, “701 saylı hərbi hissənin veteranları” İctimai Birliyinin sədri Əzizağa Qənizadə Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərdən, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə həsr edilmiş tədbirlərdən söz açdılar.
   Sonda tədbir iştirakçıları Azərbaycan ordusunun keçdiyi tarixi yolu əks etdirən sərgi ilə tanış oldular.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar