Şimali Kiprin Qazımağusa şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda yeddinci ənənəvi beynəlxalq folklor simpoziumu keçirilib. “Türk nağılları: dil, mədəniyyət və dəyərlər” mövzusuna həsr olunmuş simpoziumda xarici ölkə alimləri ilə yanaşı, AMEA-nın Dilçilik və Folklor institutlarının, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşları da iştirak ediblər. Simpoziumda azərbaycanlı alimlərin “Nağıllarda yalançı qəhrəman”, “Türk mədəniyyətini və dəyərlərini yaşadan nağıllar”, “Azərbaycan nağıllarında naxış”, “Azərbaycan Türkiyə nağıllarının geleneksəl förmülləri”, “Bahadırlıq nağıllarında qəhrəman və sehrli güclər” və “Azərbaycan xalq şairi Məmməd Arazın əsərlərində nağıl motivləri” mövzularında məruzələri dinlənilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar