Turizm İnstitutunda ulu öndərə həsr olunmuş dəyirmi masa
   
   Dekabrın 12-də ölkəmizin hər yerində olduğu kimi, Turizm İnstitutunda da ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. “Şəxsiyyət və zaman” adlı dəyirmi masada çıxış edən ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, dosent Nəsrulla Nəsirli müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətindən söz açıb.
   Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalov ulu öndərin hələ sovet dövründə respublikamıza rəhbərliyi zamanı turizmin inkişafı ilə bağlı qəbul olunan qərarlardan danışıb. Qeyd olunub ki, 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində, daha sonra Xankəndində, Mingəçevirdə, Naxçıvanda ekskursiya büroları, Qəbələdə “Qafqaz”, Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” turist bazası yaradılıb. Yeni Azərbaycan Partiyası ATİ yerli təşkilatının sədri Anar Fərmayılov sovet dövründə minlərlə azərbaycanlı gəncin SSRİ-nin 150-dən çox ali məktəbinə oxumağa göndərilməsinin Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb.
   Tədbirdə böyük öndərin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar