Dekabrın 27-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində «Xalça» beynəlxalq onlayn jurnalının təqdimat mərasimi keçirildi.
   
   «Azərbaycan xalçaçıları» İctimai Birliyinin təsis etdiyi jurnalda Azərbaycan, rus və ingilis dillərində materiallar yer alıb. Elektron jurnalın əsas məqsədi dərin köklərə malik olan Azərbaycan və ümumilikdə Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Jurnalda Azərbaycanda və dünyada fəaliyyət göstərən xalçaçılar, müasir dövrdə xalçaçılığın inkişafı, xalçaların tədqiqi məsələlərinin araşdırılması haqqında məlumatlar yerləşdiriləcək.
   Muzeyin direktoru Röya Tağıyeva bildirdi ki, jurnalda xalça sənətinin keçmişinə və bu gününə aid elmi, tarixi və təcrübi məsələlər, xalçaçılıq ənənələrinin qorunub saxlanılması vəziyyəti və problemləri, müasir dövrdə xalçaçılığın gələcək inkişaf və perspektivləri ilə də tanış olmaq mümkündür. Eyni zamanda xalqın dünyagörüşündə, adət-ənənələrində və məişətində xüsusi yeri olan xalça sənətinin dünyada tanıdılması sahəsində aparılan təbliğat işləri-keçirilən beynəlxalq simpoziumlar, elmi konfranslar, nəşr olunan kitablar haqqında məlumatlar da elektron dərgidə əks olunacaq. «Xalça» beynəlxalq onlayn jurnalının redaksiya heyətində ABŞ, İran, İtaliya, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan tanınmış elm xadimləri, xalça mütəxəssisləri yer alıb.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, «Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyinin direktoru Əlisəfa Nuriyev və başqaları da çıxış edərək, onlayn jurnalın əhəmiyyətindən danışdılar.   

 Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar