“Azərbaycan qadını” jurnalının yeni sayı maraqla qarşılanıb
   
   Yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının növbəti sayının təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
   
   Əvvəlcə nəşr haqqında ümumi məlumat verilib. Sonra qış buraxılışında dərc edilən məqalələrin hər biri haqqında danışılıb. Jurnalın budəfəki sayında oxucular "Zərif xanıma zabit ordeni" adlı məqalədə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Fransanın “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması haqqında məqalə ilə tanış ola bilərlər.
   Nəşrin bu nömrəsində “Bakıyla Berlinin birgə bayramı” adlı məqalə də yer alıb. Yazı 2011-ci ilin sentyabrında Almaniyanın paytaxtı Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan tədbirdən bəhs edir. Burada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlarla bağlı geniş nitqi ilə də tanış olmaq olar.
   "Azərbaycan qadını"nın oxucuları “Azərbaycanın İtaliyada qeyri-adi təqdimatı” adlı məqalədə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə Heydər Əliyev Fondunun İtaliyada təşkil etdiyi bayram tədbirləri ilə bağlı daha çox məlumat ala bilərlər. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xalqımızın qədim mədəni irsinin misilsiz şedevrləri olan - xalça, misgərlik nümunələri, milli musiqi alətləri, xalq mahnıları, zəngin süfrə mədəniyyətinin italiyalıların qəlbini əbədi fəth etdiyi xüsusilə vurğulanır. Burada İtaliya prezidentinin Azərbaycanın birinci xanımına xatirə plaketini təqdim etməsi də diqqətə çatdırılır.
   Jurnalda ötən ilin noyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qəbələdə keçirilən “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah devizi ilə” adlı tədbirdən də söz açılır. Jurnalın “Bu dünya bir pəncərədir” adlı məqaləsində 2011-ci ilin oktyabrında Bakıda təşkil edilən sərgidə rəssam Aidə Mahmudovanın rəhbərlik etdiyi “YARAT müasir incəsənət məkanı” təşkilatının üzərinə götürdüyü missiyanın layiqincə yerinə yetirildiyi qeyd edilir. Oxucular ölkəmizin ictimai-siyasi həyatında rolu və yeri olan digər qadınlarımız haqqında da məqalələrlə tanış ola bilərlər.
   Jurnalın hər sayının oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilib. Bu dəfə tədbir iştirakçılarına Əməkdar artist Sevda Ələkbərzadənin etno-caz üslubunda konserti təqdim olunub. Müğənnini fortepianoda Elçin Şirinov, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov, Elşad Əbdürəhimov, ud və tarda isə Malik Mənsurov müşayiət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar