Türkiyə Xarici İşlər Nazirliyinin “Suna Ilıcak” incəsənət qalereyasında ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyə XİN-in birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin iyirminci ildönümünə (14 yanvar 1992) həsr olunmuş fotosərgi açılıb.
   
   “Azərbaycanın müstəqilliyinin iyirminci ilində” adlı sərginin açılış mərasimində Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri, səfirliyin əməkdaşları, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, deputatlar, elm adamları, incəsənət xadimləri, ictimaiyyət və diaspor nümayəndələri, jurnalistlər iştirak ediblər.
   Ölkəmizin paytaxtı Bakının son illərdə sürətli inkişafını əks etdirən fotoşəkillərin nümayiş etdirildiyi sərginin açılışında Türkiyə XİN-in departament rəhbəri, səfir Hayri Hayret Yalav müstəqilliyini bərpa etmiş Azərbaycanın bütün sahələrdə sürətli inkişafından, dünyada və regionda formalaşmış nüfuzundan bəhs edib, ölkəmizin BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsini əlamətdar hadisə adlandırıb.
   Ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin müstəsna xarakter daşıdığını konkret faktlarla əsaslandırıb, beynəlxalq və regional miqyasda iki qardaş ölkənin birgə fəaliyyətinin əhəmiyyətindən, həyata keçirilən müştərək layihələrin strateji önəmindən söz açıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar