Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib.
İdarədən bildiriblər ki, tədbirlər planına uyğun olaraq mədəniyyət evi və klublarda, kitabxanalarda, muzeylərdə, uşaq musiqi və incəsənət məktəblərində “Şəhidlər unudulmur”, “Şəhidlər qazilik nişanəmizdir”, “Qəhrəmanlıq zirvəsi”, “Qətl günü”, “O şənbə gecəsi” və digər mövzularda tədbirlərin keçirilməsinə başlanılıb.
Tədbirlər yanvarın 20-dək davam edəcək.