Yanvarın 25-də “British Council-Azərbaycan” nümayəndəliyinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində görkəmli ingilis yazıçısı Çarlz Dikkensin 200 illik yubileyinə həsr olunmuş fotosərgi açıldı.
   
   Tədbirdə çıxış edən “British Council”un Azərbaycan üzrə direktoru Pol Klementson yazıçının yaradıcılığı haqqında məlumat verdi. Qeyd olundu ki, fevralın 7-də böyük yazıçının anadan olmasının 200 illiyi tamam olur. Bununla əlaqədar olaraq “British Council” 2012-ci ili “Çarlz Dikkens ili” elan edib.
   Anadan olmasından 200 il keçməsinə baxmayaraq, Dikkensin bu günədək dünyada Böyük Britaniyanın mədəniyyət səfiri və ingilis ədəbiyyatının tanınmış siması hesab edildiyini bildirdi. “Dikkens-2012” layihəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlərin keçirildiyini qeyd edən P.Klementsonun sözlərinə görə, məqsəd dahi yazıçının yaradıcılıq irsinin yada salınması və geniş təbliğidir.
   Tədbir çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən Çarlz Dikkensin “Oliver Tvistin macəraları” əsəri əsasında hazırlanan tamaşadan bir hissə də oynanıldı.
   Daha sonra fotosərgiyə baxış keçirildi. Fevralın 8-dək davam edəcək sərgidə 12 yerli fotoqrafın 32 əsəri nümayiş etdirilir. Onlar Ç.Dikkensin “Bozun eskizləri” əsərindən seçdikləri epizodlara uyğun olaraq çəkdikləri fotoşəkilləri təqdim edirdilər. Foto müəllifləri ötən ilin dekabrında britaniyalı fotoqraf Suzan Parkhil tərəfindən keçirilmiş təlimin iştirakçılarıdır.
   Qeyd edək ki, Bakıda “Dikkens ili” layihəsinin yekun tədbiri fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar