Yanvarın 27-də Muzey Mərkəzində Holokost (yəhudi müsibəti) qurbanlarının xatirəsinə həsr edilmiş sərgi keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Liana Vəzirova bildirdi ki, yanvarın 27-si bütün dünyada Holokost qurbanlarının anım günü kimi qeyd olunur.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç 1945-ci il yanvarın 27-də Almaniya-Polşa sərhədi yaxınlığında Auschwitz-Birkenau faşist əsir düşərgəsinin sovet qoşunları tərəfindən azad edildiyini, 2005-ci ildən BMT Baş Assambleyasının bu tarixin anım günü kimi qeyd olunmasına qərar verdiyini bildirdi.
Qeyd olundu ki, faşistlər və onların müttəfiqləri tərəfindən edilmiş təqiblərin qurbanı olan 1,5 milyon yəhudi uşaq Holokost nəticəsində həlak olub. Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq anma gününün builki mövzusu da uşaqlara həsr edilir. İsrailin Azərbaycandakı səfiri Mixael Lotem Holokost zamanı həyatlarını itirmiş gəncləri və yaşlıları xatırlayaraq bu təcavüzün acı nəticələrindən danışdı.
Sonra faciəni xatırladan ədəbi-bədii hissə və “Sonuncu uçuş” bədii filmi təqdim olundu, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
Ceyhun