Fevralın 3-də Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, Yaponiya Fondunun birgə təşkilatçılığı ilə “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi açılıb. Sərgi Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edilib.
   
   Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ötən il bu ölkədə baş vermiş zəlzələdən sonra Azərbaycan tərəfindən göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, Yaponiyada bərpa işlərinin davam etdiyini söyləyərək muzeydə “Tohoku. Sabaha daha yaxşı dirçəlişlə” adlı xüsusi fotosərginin də təşkil olunduğunu diqqətə çatdırıb. Ziyarətçilər bu fotolarda Yaponiyada zəlzələdən sonra aparılan bərpa işlərilə tanış ola bilərlər.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, sərgi qədim ənənələrə malik bir xalqın fəlsəfəsini ifadə edir.
   Nazir diqqətə çatdırıb ki, sərgidə nümayiş olunan döyüş sursatlarının bugünkü həyatımıza və idmana müsbət təsiri var. Azərbaycan idmançıları Yaponiyanın müxtəlif idman növlərinə maraq göstərirlər. Bu sərgi təkcə bir döyüş, idman növü kimi deyil, həmçinin daxili fəlsəfəni ifadə etmək üçün təşkil edilib.
   Əbülfəs Qarayev sərginin təşkilinə görə səfir Şusuke Vatanabeyə təşəkkürünü bildirib.
   Sonra sərgiyə baxış keçirilib. Qeyd edək ki, “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” səyyar sərgisi indiyədək dünyanın bir çox ölkəsində nümayiş olunub. Sərgi döyüş meydanında vuruş üsullarından (döyüş texnikası) olan budodan tutmuş Yaponiyanın döyüş texnikası tarixinə qədər geniş mühiti əhatə edir. Sərgi iki hissədən ibarətdir. Birinci hissədə ox, yay, zirehli paltar, baş dəbilqəsi kimi döyüş əşyalarının əsli və ya reproduksiyası nümayiş olunmaqla VIII əsrdən XIX əsrədək olan dövrdə döyüş sənətindəki dəyişikliklər izah edilir.
   İkinci hissədə isə XIX-XX əsrlərdə yapon döyüş sənətinin inkişafını göstərir. Səyyar sərgi bir ay davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar