Milli İncəsənət Muzeyində “dəyirmi masa” keçirildi
   
   Fevralın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “XXI əsr - təsviri incəsənətdə innovasiya texnologiyaları” mövzusunda “dəyirmi masa” keçirildi. Muzeyin İnnovasiya şöbəsinin müdiri Əminə Məlikova mövzu ətrafında müzakirə aparmaq üçün tədbirə rəssamların, sənətşünasların, muzey əməkdaşlarının dəvət olunduğunu bildirdi. Qeyd olundu ki, innovasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki zamanda sənətkarların peşə ilə bağlı müzakirələrinə ehtiyac var.
   
   Son 100 ildə təsviri incəsənətdə yeni meyillər və cərəyanlar meydana gəlib. İlk olaraq XX əsrin əvvəllərində bu istiqamətdə kollajlar diqqəti cəlb edib. Əsrin ortalarında isə rəssamlar öz əsərlərində bir sıra mümkün olan vasitələr - plyonka, flüoressent odundan tutmuş əzilmiş kağıza qədər bütün materiallar üzərində eksperimentlər aparmağa başlamışlar. Bu zaman foto sənəti də incəsənətin bir növü kimi inkişaf yoluna qədəm qoymuşdur. Hətta ekspozisiyaların məkanı dəyişmiş, incəsənətdə birmənalı olaraq sərbəstlik yaranmışdır.
   Müzakirələrdə o da vurğulandı ki, çağdaş informasiya mədəniyyəti dövrünün tələblərinə uyğun olaraq insan fəaliyyətinin bütün sahələri kompyuterlə bağlıdır. İndi incəsənət dili də kompyuter qrafikası vasitəsilə genişlənir. Bir sıra müasir rəssamlar kompyuter vasitəsilə rəngkarlıq işlərindən heç də geri qalmayan əsərlər yaratmaqdadırlar. Məhz bu səbəbdən də informasiya texnologiyaları incəsənətin bir çox sahələrinə, o cümlədən rəssamlığa da təsirini göstərməkdədir. Artıq əksər sərgilərdə kompyuter qrafikası vasitəsilə tamamlanmış əsərlər nümayiş olunur. Dünyanın tanınmış muzeylərinin innovasiya texnologiyalarından istifadə olunduğunu, virtual sərgilərin təşkil olunduğu diqqətə çatdırıldı.
   “Dəyirmi masa”nın iştirakçılarına 3D formatında Pablo Pikassonun sülhün rəmzinə çevrilmiş məşhur “Hernika” tablosunun video çarxı təqdim olundu. Bundan başqa, “Neft və təsviri sənət” adlı 3D görüntülü video-çarxda Azərbaycanın məşhur rəssamlarının - Tahir Salahovun, Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin və s. neftlə bağlı rəsm əsərləri təqdim olundu.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar