Frederik Lengeynin 20 il əvvəl çəkdiyi fotoşəkillər Bakıda sərgilənir
   
   Fevralın 20-də Bakı Muzey Mərkəzində Xocalı faciəsinin 20 illiyi münasibətilə fransalı fotoqraf xanım Frederik Lengeynin (Frederique Lengaigne) fotoşəkillərindən ibarət sərginin açılışı keçirilib. Fotosərgi Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunub.
   
   Tədbirdə çıxış edən AAC-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev bildirib ki, bu sərgidə fransalı fotoqrafın Xocalı faciəsi zamanı çəkdiyi fotoşəkillər nümayiş olunur. Bu fotolar reallığın əksidir. O qeyd edib ki, xanım Frederik Lengeyn Xocalı hadisəsi baş verən zaman Qafqazda ezamiyyətdə olub və bu şəkilləri çəkib. Lakin o bu şəkilləri indiyə qədər heç yerdə nümayiş etdirməyib.
   Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov bildirib ki, rəhbərlik etdiyi qurum Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün fəal iş aparır: “Fotoqraf Lengeyn Xocalı hadisəsindən sonra Ağdamda olarkən 300-dən çox şəkil çəkib. Onların bir hissəsi bu gün sərgilənir. Fotoşəkillər baş vermiş hadisənin inkarolunmaz sübutudur”.
   T.Heydərov sərginin Avropanın bir sıra şəhərlərində, o cümlədən Brüssel, Strasburq və Parisdə də nümayiş olunacağını bildirib. O, yaxın günlərdə Londonda Xocalı faciəsi ilə bağlı məqalələr məcmusunun çapdan çıxacağını da deyib.
   Xanım Lengeyn 20 il əvvəl Ağdamda keçirdiyi 3 gün ərzində dilemma qarşısında qaldığını söyləyib - baş vermiş hadisələri işıqlandırmaq, yoxsa ilk növbədə faciə qurbanlarına kömək etməyə çalışmaq? “Bu fotoşəkillər məni 20 il əvvəlin hadisələrinə geri qaytarır və məndə o insanlar qarşısında günahkarlıq hissi oyadır. Bu sərgini keçirməklə mən bir növ o insanlar qarşısında borcumu ödəyirəm”, - deyə fransalı fotoqraf əlavə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar