Fevralın 17-də Səbail Rayon Mərkəzi Kitabxana Sistemində (M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu) 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi.
   
   Tədbirdə öncə Səbail Rayon MKS-in direktoru Nüşabə Ələkbərova çıxış edərək uşaqlara, gənc nəslə ana dilini sevdirməyin zəruriliyindən danışdı. Bildirdi ki, bu işdə məktəb böyük rol oynayır və müəllimlər buna diqqət yetirməlidirlər.
   Filologiya elmləri doktoru Rasim Nəbioğlu çıxışında ana dilində danışmağın, doğma dilə hörmət etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırdı: “Ana dili bizim ən böyük sərvətimizdir. Ana dilində yazılan əsərlər dilimizin zənginliyini göstərir. Hər bir şəxs də bu zənginliyin qorunmasına xidmət etməlidir”.
   Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova ana dili uğrunda mübarizə aparmış, dilimizin qorunması üçün çalışmış ədiblərdən söz açdı: “Tarixi vərəqləyəndə Cəlil Məmmədquluzadə və digər ədiblərimizin doğma dilimizin saflığı uğrunda necə mübarizə apardıqlarının şahidi oluruq. Dili məhv etmək milləti məhv etmək deməkdir. Başımıza gələn bütün hadisələrə baxmayaraq, dilimizin zənginliyi qorunub saxlanıb. İllər öncə klassiklərimizin bu yolda apardığı mübarizənin nəticəsini indi görürük. Dilimizi sevməli və qorumalıyıq”.
   Tədbirdə 189 saylı məktəbin müəllim və tələbələri də iştirak edirdi. Məktəbin 7-ci sinif şagirdlərinin ifasında ana dilinə həsr olunan şeirlər dinlənildi. Tədbirdə həmçinin «Ana dilimiz-milli sərvətimiz» adlı kitab sərgisi və C.Məmmədquluzadəyə həsr olunmuş sərgi də təqdim olundu.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar