“Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi ölkədə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Ölkəmizin mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və  digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir.

Qəzet həftədə iki dəfə (çərşənbə və cümə günləri) çıxır.

Qəzetin elektron versiyası (www.medeniyyet.az) 2008-ci ilin oktyabrından fəaliyyət göstərir. 

 

Baş redaktor: Vüqar Əliyev.

Ünvan: AZ 1012,  Bakı şəhəri, Moskva prospekti, 1 D. Azərbaycan Dövlət Film Fondunun binası 5-ci mərtəbə.

Telefon:  (012) 431-28-79 (baş redaktorun müavini)
                         431-57-72 (redaktor)
                         430-16-79 (müxbirlər)
                         530-34-38 (mühasibatlıq, yayım)

E-mail: qazet@medeniyyet.az

 

Qeyd: Redaksiyaya yazılar yalnız elektron formatda qəbul olunur. Əlyazmaları nəzərdən keçirilmir və geri qaytarılmır.