İlin sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, artıq qurultaya hazırlıq prosesinə start verilib. Bu məqsədlə bəstəkarlar haqqında təfsilatı informasiyaların yer alacağı məlumat kitabçası hazırlanır. Bəstəkarlar İttifaqının sonuncu qurultayı beş il əvvəl, 2007-ci ilin mart ayında keçirilib və Xalq artisti Firəngiz Əlizadə ittifaqın sədri seçilib.
   Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildən SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb.
   Lalə Azəri