Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının dördüncü günündə “İncəsənət varisləri” adlı konsert olub.

Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, professor Hüseyn Əliyevin tələbələri – Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Fərid Əliyev, vokalçılar Anton Ferştandt, Azər Zadə, Tural Ağasıyev, Araz Əsəbli və başqaları iştirak ediblər. İfaçıları pianoçular Günel Rəhimova, Səmra Həsənli, Anna Rasina, Daniil Kirilovun ifa etdikləri fortepiano musiqisi müşayiət edib.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.

I Beynəlxalq Opera Festivalı Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilir və mayın 3-dək davam edəcək.