Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Pretoriya şəhərində bu ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin “Diplomatik yarmarka”sında ölkəmizi təmsil edib. Səfirlikdən bildiriblər ki, hər il keçirilən yarmarkada CAR-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə ölkələrinin tarixini və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, xalçalar, kitablar, milli şirniyyatlar və s. nümayiş etdirilib.