Noyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş “Şanlı nəsillərin yadigarı” və “Məhəbbətim bölünmədi” kitablarının təqdimatı keçiriləcək. Kitabxanadan bildiriblər ki, mərasimdə mədəniyyət işçiləri, yazıçılar, şairlər, Nigar Rəfibəyli poeziyasını sevərlər iştirak edəcəklər.