Dekabrın 9-da Berlindəki Humboldt Universitetində görkəmli Azərbaycan şairəsi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə “Məlum olmayan həqiqətlər” adlı ədəbi-bədii gecə keçiriləcək. Tədbir Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin, Humboltd Universitetinin Azərbaycan tarixi kafedrasının, Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq. Gecədə şairənin şeirləri və sözlərinə yazılmış mahnılar səslənəcək.