Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc ədiblər məktəbinin növbəti toplantısı keçirilib. AYB-nin gənclər üzrə katibi Rəşad Məcid toplantıya yeni qatılan gənclərə məktəb haqqında məlumat verib.
Tədbirdə Rasim Ziya, Elməddin Nicat, Tural Sahab, Rüfət Axundlu, Arzu Hüseyn, Rərviz Axund, Sənan Cəfərov və digər istedadlı gənclərin şeir və hekayələri dinlənilib. Tənqidçi Əsəd Cahangir yeni əsərlər haqqında fikir və mülahizələrini gənclərlə bölüşüb, onlara uğur arzulayıb.
Sonda gənc ədiblər məktəbinin üzvləri adından çıxış edən Emin Piri tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.