AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Əsərləri” - “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxıb. 1946-cı ildən nəşr edilən və sayca 24-cü cild olan elmi nəşrin xüsusi buraxılışı Ədəbiyyat İnstitutunun 80 illiyinə həsr olunub.
Topluda yer alan “Nizami adına Ədəbiyyat İnstitutu”, “Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə yollarında” məqalələrində elmi-tədqiqat müəssisənin tarixindən, burada çalışmış görkəmli alimlərin həyat yolundan bəhs edilir. Məcmuənin “Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” bölməsində 15, “Elmin yollarında” bölməsində 26 ədəbiyyatşünas alim haqqında bioqrafik oçerklər yer alıb. Nəşrdə həmçinin “Ədəbiyyat məcmuəsi”nin tarixinə nəzər salınıb, “Ədəbi əlaqələr” və “Poetika. izm” jurnalları haqqında məlumat verilib.
İnstitutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş elmi jurnalın məsul katibi filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov, nəşriyyat redaktoru Töhfə Talıbovadır.