Yazıçılar Birliyinin katibləri - Xalq şairi Fikrət Qoca və Rəşad Məcid Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimində iştirak etmək üçün fevralın 7-dən 10-dək İtaliyanın Milan şəhərində səfərdə olacaqlar. Kitab Cüzeppe Verdi adına Milan Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən tərtib edilib. Nəşrə daxil edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Şeirlər Azərbaycan və italyan dillərində verilib, onların bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib.
Fikrət Qoca və Rəşad Məcid fevralın 8-də Cüzeppe Verdi adına Konservatoriyada Azərbaycan və İtaliya musiqiçilərinin birgə çıxış edəcəkləri “Nuhun gəmisidir yer üzü” mövzusunda musiqi proqramının təqdimatında da iştirak edəcəklər.