Martın 7-dən 9-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə gənc şairələrin ikinci beynəlxalq forumu keçiriləcək. Foruma müxtəlif ölkələrdən 30-dək təmsilçi qatılacaq.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2013-cü ildə Bakıda gənc şairələrin birinci beynəlxalq forumunu təşkil edib. Qurum bu layihəyə görə Polşada keçirilmiş Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “Ən yaxşı layihə” mükafatına layiq görülüb.
Ötən il tədbirdə Avropa, Asiya, Afrika ölkələrindən 20-dən çox gənc şairə iştirak etmişdi. Builki foruma Almaniya, Böyük Britaniya və İtaliyadan gənc şairələr də qatılacaqlar.