Azərbaycan Yazıçılar Birliyində (AYB) 2014-cü il üçün “Nəsimi” mükafatının təqdimat mərasimi keçirilib. Qurumun sədri, Xalq yazıçısı Anar mükafatın hər iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunduğunu bildirib.
Mükafatın ilk dəfə Xalq yazıçısı İsa Hüseynova (Muğanna) təqdim edildiyi diqqətə çatdırılıb. Bu il mötəbər mükafata Xalq şairi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğlu layiq görülüb. Sonra mükafat sahibinə təqdim edilib.
Vaqif Səmədoğlu yaradıcılığının yüksək qiymətləndirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinə minnətdarlığını bildirib.