Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə VI milli uşaq kitabı sərgisi açılacaq.
Respublika Uşaq Kitabxanası hər il bu əlamətdar günü qeyd edir. Məqsəd uşaqları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməkdir. Sərgi aprelin 5-dək davam edəcək.