Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsi Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubu türk ədəbiyyatına yüksək xidmətlərinə görə “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görüb.
Azərbaycan Aşıqlar Birliyindən bildiriblər ki, “Nazim Hikmət” mükafatı iki ildə bir dəfə türk dünyası ədibləri arasından bir nəfərə təqdim olunur. Mükafata Azərbaycandan ilk dəfə Zəlimxan Yaqub layiq görülüb.