Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi haqqında ölkə Prezidentinin 16 yanvar 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Tərtər rayon MKS-də və kitabxana filiallarında tədbirlər planı tərtib edilib. Aprelin 17-də MKS-də məktəblilərin, müəllimlərin iştirakı ilə Xalq yazıçısının yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” və “Söyüdlü arx” romanları müzakirə edilib, ədibin həyat və fəaliyyətinə, yaradıcılığına dair məruzə dinlənilib, ədəbiyyatımızın, dramaturgiyamızın, teatrımızın inkişafında onun böyük rolundan danışılıb.