“Azadlıq aşiqi üç azərbaycanlı - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz” - Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universitetinin ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümünün birgə təşkil etdikləri panel belə adlanırdı. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, paneldə çıxış edən Lefke Avropa Universitetinin dosenti Nazim Muradov, Osmanqazi Universitetinin dosenti Dilek Ataizi şairlərin həyat və yaradıcılıq yolundan söz açıblar. Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və Məmməd Arazın şeirlərini səsləndiriblər.