Azərbaycan Yazıçılar Birliyinin orqanları olan “Ulduz” jurnalı və “Ədəbiyyat qəzeti” “Variasiya” adlı birgə layihə həyata keçirir. Layihənin şərti çox sadədir: xarici dildə yazılmış bir şeir təqdim olunur, müəlliflər isə onu Azərbaycan dilinə çevirirlər. Bir şeirin onlarla variantı ola bilər. Tərcümələri AYB-nin mətbuat xidmətinə və qurumun dursul@mail.ru elektron ünvanına göndərmək olar.