Yazıçı-tərcüməçi Kamran Nəzirli “Müasir Azərbaycan poeziyası” almanaxını ingilis dilində nəşrə hazırlayıb. Onun sözlərinə görə, nəşri hazırlamaqda məqsəd müasir Azərbaycan şairlərini dünyaya tanıtmaq, müxtəlif nəsillərdən olan ədiblərin şeirlərini xarici ölkə oxucularına çatdırmaqdır. Kitaba 23 şairin, o cümlədən xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Cabir Novruz və digərlərinin əsərləri - ümumilikdə 50 şeir daxil edilib.
Nəşrin redaktoru Kanada şairi Patrik Vudkokdur. Kitabın xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, kitabxanalara, beynəlxalq təşkilatlara və şirkətlərə paylanılması nəzərdə tutulub.