Göyçayda Nigar Rəfibəylinin xatirəsi anılıb

Göyçayda Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə təhsil və mədəniyyət işçiləri, ziyalılar, yazıçılar, gənclər və şagirdlər iştirak ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, sevimli şairə milli ədəbiyyatımızı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkar olub. Ana Vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideyasını təşkil edib. O, təbiəti, xüsusilə çiçəkləri çox sevərək tərənnüm edərdi.
Çıxışlarda Nigar Rəfibəylinin poeziyasının incəliklərindən söz açılıb, məktəblilər şairənin şeirlərini oxuyublar.