Moskva Millətlər Evində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin Ümumrusiya Azərbaycanlılar Konqresinin dəstəyi ilə təşkil etdiyi tədbirdə iki ölkənin tanınmış ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.
Cəmiyyətin sədri Vasif Məmmədov gecəni açaraq, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığından danışıb. Gecədə ÜAK-ın müşaviri Manaf Ağayev, Moskva Dövlət Linqvistika Universiteti (MDLU) nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Bella Musayeva, şairlər Maya Bədəlbəyli, Sultan Mərzili və İlham Bədəlbəyli çıxış edərək şairin Azərbaycan və XIX əsr Şərq ədəbiyyatında rolunu vurğulayıblar.