AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının hazırladığı “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” adlı yeni kitab işıq üzü görüb. Görkəmli ədibin 100 illiyi münasibətilə ərsəyə gələn nəşrin müəllifləri institutun aparıcı elmi işçiləri Qurban Bayramov və Jalə Qurbanqızı, redaktoru və “Ön söz”ün müəllifi filologiya elmlər doktoru, professor Tahirə Məmmədova, rəyçiləri filologiya elmləri doktoru, professor Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur. Kitabda İlyas Əfəndiyevin zəngin, çoxşaxəli yaradıcılığının ədəbi tənqiddə estetik dərki problemi tədqiq edilir, elmi-nəzəri şərhi verilir.