Treninq iştirakçıları layihəyə görə təşəkkürlərini bildirirlər

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-22 aprel tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana işinin modernləşdirilməsi, kitabxanaların fəaliyyətinin optimallaşdırılması mövzusunda treninq keçirilib.
“Kitabxanalar innovasiyalar və müasir texnologiyaların tətbiqi şəraitində” mövzusunda treninqdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, Polis Akademiyası və Azərbaycan Dövlət Tibb Universiteti kitabxanalarının, Ağstafa, Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı, Sumqayıt, Siyəzən, Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax, Qax, Xaçmaz, Göyçay şəhər və rayon kitabxanalarının əməkdaşları iştirak ediblər.
Treninq “Kompüterdə quraşdırma, sazlama, diaqnostika işləri”, “Mikrosoft Office paketinin proqramları və elektron sənədlərlə işlənmə qaydaları”, “Fayllar üzrə əməliyyatlar”, “Portallar üçün kontentlərin hazırlanması və yerləşdirilməsi qaydaları” kimi mövzuları əhatə edib.
Layihəyə qatılmış şəhər və rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərindən redaksiyamıza daxil olan məktublarda treninqlərin əhəmiyyəti vurğulanır. Kitabxana əməkdaşları treninqlərin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və nazirliyin Kitab dövriyyəsi sektoruna təşəkkürlərini bildirirlər.