İtaliyanın sabiq naziri VII Bakı Qlobal Forumunu yüksək qiymətləndirib

Aprelin 27-də mədəniyyət və turizm naziri, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev Qlobal Forumda iştirak edən İtaliyanın keçmiş təhsil naziri, sağlamlıq imkanları məhdud gənclərə dəstək üzrə təşkilatın sədri xanım Letizia Moratti ilə görüşdü.
Qonaq beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə öz təşəkkürünü bildirdi, forumun Azərbaycanın inkişaf və həyatsevərlik təzahürü, siyasi mədəniyyət axtarışlarının və xoş məramın təsdiqi olduğunu dedi.
Xanım Moratti dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, alimlər, ictimai-siyasi xadimlər, elm, mədəniyyət adamlarının bir araya gəlməsindən məmnunluğunu ifadə etdi və Qlobal Forumun müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrildiyini diqqətə çatdırdı.
Nazir Əbülfəs Qarayev İtaliya-Azərbaycan mədəni əlaqələrindən söz açaraq ölkələr arasında ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində birgə layihələrin reallaşdırılması haqqında fikirlərini bölüşdü.

Lalə