Azərbaycan Turizm və Menecment Universiteti ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında imzalanmış anlaşma memorandumu ilə bağlı ilk görüş keçirilib. ATMU-nun müəllim-professor heyəti, Elmi-Metodik Mərkəzin əməkdaşlarının iştirak etdiyi görüşdə mədəniyyət və turizm təsisatlarının fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq imkanları, bu yöndə mümkün addımlar müzakirə olunub.
Müzakirələrin əsas mövzusu yeni mədəni-turizm xidmətlərinin təşviqi ilə bağlı regionlarda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri üçün təlimlərin keçirilməsi olub. Bununla bağlı 3-4 mərhələdən ibarət pilot layihənin təqdim edilməsi razılaşdırılıb. Növbəti görüşlər eyni zamanda turizm sənayesinin üzvlərinin iştirakı ilə keçiriləcək.