Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Buzovna qəsəbəsində yerləşən “Qocalar evi”ndə - 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində Ramazan bayramı münasibətilə tədbir keçirib.
Tədbirdə idarənin nəzdindəki mahnı və rəqs ansambllarının iştirakı ilə konsert proqramı təqdim edilib. Bayram süfrəsi ətrafına toplaşan müəssisə sakinləri müğənnilər Leyla Ramazanovanın və Mirkamilin ifa etdiyi mahnıların sədaları altında rəqs ediblər. Həmçinin idarənin rəqs kollektivlərinin çıxışları tamaşaçılara bol sevinc bəxş edib.
Bayram əhval-ruhiyyəsi əlil və ahıl olan müəssisə sakinlərində böyük ruh yüksəkliyi yaradıb.
Sonda 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin direktoru Rəhnumə Cəfərova və müəssisənin sakinləri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə bayram tədbirinin təşkilinə görə təşəkkürlərini bildiriblər.