Təlim kursları təşkil edilib

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac olduğu nəzərə alınaraq nazirlik tərəfindən Bakıda fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları təşkil edilir.
İyun ayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən təlim kurslarında paytaxtla yanaşı, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərindən fortepiano alətinin təmiri və köklənməsi sahəsində səriştəsi olan müəllimlər iştirak ediblər.
İyulun 15-də təlim kurslarını keçmiş müəllimlərə Mədəniyyət və Turizm Nazirliyində müvafiq vəsiqələr təqdim olunub.
Qeyd olunub ki, təlim kursları sentyabr ayından etibarən davam etdiriləcək və respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək.