Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 18-25 iyul tarixində Milli Kitabxananın Treninq mərkəzində “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində treninq təşkil olunub.
Dinləyicilərə kitabxananın mütəxəssisləri tərəfindən “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında təlim keçilib.
Treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər. Dinləyicilər Milli Kitabxananın fəaliyyəti, yeni xidmət növləri ilə tanış olublar. Sonda treninq iştirakçılarına sertifikatlar verilib.