Dekabrın 9-da Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə çap edilən kitabların təqdimat mərasimi keçirildi.
Təbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, qurumun katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, elm və mədəniyyət xadimləri iştirak edirdilər.
Tədbirdə qeyd edildi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk Odası və Türk Araşdırmalar Elmi Tədqiqat Mərkəzinin müdiri Elman Quliyevin “Türk xalqları ədəbiyyatı”, universitetin müəlliməsi Leyla Faiqqızının “Mehmet Akif Ərsoy” və Bakı Dövlət Universitetinin müəlliməsi Sona Çərkəzin “Ölüm hələ son deyil” kitabları müşavirlik tərəfindən nəşr edilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyəti ilə bağlı mütəmadi tədbirlər keçirdiklərini, müxtəlif mədəniyyət layihələrinə dəstək verdiklərini diqqətə çatdırdı, bu yöndə fəaliyyətin bundan sonra da davam edəcəyini bildirdi.

Mehparə