Sentyabrın 15-də yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə Mingəçevir Turizm Kollecində tədbir keçirilib.
Mərasimdə kollecin direktoru Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan və tətbiq olunan yeniliklərdən söhbət açıb. Turizmin qeyri-neft sektorunun ən perspektivli sahələrindən biri olduğunu vurğulayan direktor bu sahədə kadrların yetişdirilməsində Mingəçevir Turizm Kollecinin də rolunu qeyd edib.
Tədbir pedaqoji heyət üzvlərinin çıxışları ilə davam edib. Çıxış edənlər yeni dərs ili münasibətilə müəllim və tələbələrə təbriklərini və xoş arzularını çatdırıblar.