Oktyabrın 18-də YAP Səbail rayon təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub. İştirakçılar Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
Tədbirdə YAP Səbail rayon təşkilatı sədrinin 1-ci müavini Muxtar Nağıyev, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova və digər çıxış edənlər ölkəmizin müstəqillik yolundan söz açıblar.