Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə hər ayın son şənbəsi “açıq qapı” günü çərçivəsində “Ailə günü” tədbiri keçirilir.
Layihənin məqsədi valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
Uşaqlar muzeydə təşkil olunan ustad dərslərinə qatılaraq öz bacarıqlarını sınayır, incəsənət nümunələri hazırlayırlar.
Ötən şənbə Xalça Muzeyində keçirilən “Ailə günü” tədbirində də iştirakçılara maraqlı oyun və proqramlar təqdim olunub, “HUMEL” Psixologiya Mərkəzi ilə birlikdə “Ailə gerbini yarat” mövzusuna toxunulub və tanınmış memar Elçin Əliyevlə görüş təşkil edilib.