Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin üç hekayəsi Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə Vilnüsdə işıq üzü görüb. Ədibin “Oyun” hekayəsi Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və incəsənət” (“Literatura ir Menas”) jurnalında, “İlk öpüş” və “Qumru quşu” hekayələri isə “Şimal Afinası“ (“Siaures Atenai”) qəzetində dərc edilib. Əsərləri orijinaldan Litva dilinə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə ediblər.
Bu, Litva ədəbi ictimaiyyətinin E.Hüseynbəyli yaradıcılığı ilə ilk tanışlığı deyil. Bundan əvvəl ədibin “Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün düşür” hekayələri litvalı oxuculara təqdim olunub.